“British Airways” aviaşirkəti azı bir il müddətinə Çinin paytaxtı Pekinə uçuşları dayandıracaq.
Bizim.Media “Financial Times”a istinadən xəbər verir ki, şirkətin bu qərarı Rusiyanın hava məkanını qapamasının uçuşla bağlı əməliyyatları çətinləşdirməsi, xərcləri artırması ilə bağlıdır.
Bundan əlavə, “British Airways” bu istiqamətdə uçuşlara tələbatın zəiflədiyini qeyd edir.
Hitrou hava limanından Pekinə uçuşlar oktyabrın 26-dan 2025-ci ilin noyabrına qədər dayandırılacaq. Bununla belə, “British Airways” Şanxay və Honkonqa uçuşları davam etdirəcək.
Bundan əvvəl Britaniyanın digər aviaşirkəti – “Virgin Atlantic Airways Ltd.” oktyabrın 25-dən etibarən Londondan Şanxaya uçuşların dayandırıldığını elan edib.
Bizim.Media