Əfqanıstanda hökumət işçiləri gündə 5 dəfə məscidə gedəcək

Əfqanıstanda hökumət işçiləri gündə 5 dəfə məscidə gedəcək

Hazırda oxunan: Əfqanıstanda hökumət işçiləri gündə 5 dəfə məscidə gedəcək

205722

Əfqanıstan hökumətinin işçiləri gündə beş dəfə məscidə getməlidir, əks halda cəzalandırılacaqlar.

Bizim.Media AFP-yə istinadən xəbər veirir ki, bu barədə Talibanın ali lideri Hibatullah Axundzadə İslamın təfsirini tətbiq edən son fərmanında bildirib.

Axundzadənin imzaladığı qərarda deyilir:

“Taliban hökumətinin nazirlik və qurumlarının məsul şəxsləri şəriət tərəfindən müəyyən olunmuş vaxtlarda camaatla namaz qılmağa məcburdurlar”.

Bildirilib ki, “üzrlü səbəb olmadan” namazı buraxan işçilərə xəbərdarlıq ediməli, qanun pozuntusuna təkrara yol verərsə, “müvafiq vəzifəli şəxs onu layiqincə cəzalandırmağa borcludur”.
 

Taliban hökumətinin sözçüsü AFP-nin cəzanın nədən ibarət olacağı ilə bağlı sorğusuna cavab verməyib.


İşçilərin qeyri-iş saatlarında namaz qılmağına polis tərəfindən necə nəzarət ediləcəyi açıqlanmayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO