Fransa parlamenti növbəti dəfə BURAXILACAQ?

Fransa parlamenti növbəti dəfə BURAXILACAQ?

Hazırda oxunan: Fransa parlamenti növbəti dəfə BURAXILACAQ?

205702

"Olimpiya barışığı" adlandırılan siyasi fasilə Fransada hökumət və parlament çoxluğunun olmaması ilə bağlı vəziyyəti həll etmək əvəzinə, çox güman ki, dondurub.

Bizim.Media xəbər verir ki, bu fikirlər Fransanın gündəlik “Le Figaro” qəzetində dərc olunan məqalədə öz əksini tapıb.

Qəzetin məlumatına görə, bir çox siyasətçilər növbəti dəfə parlamentin buraxılmasını gözləyirlər.

“Hər bir varianta, xüsusilə Milli Assambleyanın növbəti dəfə buraxılmasına hazır olmaq lazımdır”, - deyə sağ mərkəzçi partiyasından olan siyasətçi Fransua Qular qəzetə bildirib.
“Le Figaro” ən azı avqustun ortasına qədər davam edəcək “barışığ”ın sona çatmasından sonra 1 il davam edə biləcək bir hökumətin meydana formalaşdırılacağı ilə bağlı sual verir. Quların sözlərinə görə, bu, çox şübhəlidir, çünki bu gün parlamentdə çoxluğa malik olmaq qeyri-mümkündür.

“Bu ilin iyun-iyul aylarında keçirilən seçkilərdə seçilən Milli Assambleyada hər kəs artıq 2025-ci ildə keçiriləcək parlament seçkilərindən danışır”, - deyə ifrat solçu “France Untamed” partiyasından olan siyasətçi Antuan Leman “Le Figaro”ya bildirib. Onun sözlərinə görə, bu, səlahiyyət müddətinin qısa olacağı fikrini təsdiqləyir. Sosialist Partiyasından olan deputat Fabris Barüsu da yeni mandatın həyəcanverici başlanğıcı haqqında danışıb.

“Le Figaro”ya görə, Prezident Emmanuel Makron bir ildən sonra (yəni 2025-ci ilin iyun ayında) parlamentin təkrar buraxılma ehtimalını tamamilə istisna etməyib. Qəzet onun Oyunlar ərəfəsində televiziyaya verdiyi müsahibədə dediyi sözləri məhz belə şərh edib. Makron “Le Figaro”nun “nüvə institusional düyməsi” adlandırdığı funksiyadan yenidən istifadə etmək istəmədiyini bildirib. Lakin, şərt ondan ibarətdir ki, yeni çoxluq yarada biləcək siyasi qüvvələr sabitlik istəyəcək”, -deyə Makron vurğulayıb.

Nəşr qeyd edir ki, bu, o deməkdir ki, dövlət başçısı Makronun “respublikaçı” adlandırdığı siyasi partiyaların düşərgəsində qarşıdakı aylarda kompromis əldə olunmazsa, o, istənilən seçimi özündə saxlayır.

“Le Figaro” qəzeti sonda yazır ki, bir çox siyasətçilər ölkəni xroniki qeyri-sabitliyə aparacaq yeni seçkilər ərəfəsində qorxularını ifadə edirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO