Artetadan maraqlı üsul: Futbolçuların əşyalarını oğurlatdı

Artetadan maraqlı üsul: Futbolçuların əşyalarını oğurlatdı

Hazırda oxunan: Artetadan maraqlı üsul: Futbolçuların əşyalarını oğurlatdı

205687

İngiltərənin “Arsenal” klubunun baş məşqçisi Mikel Arteta futbolçuların sayıqlığını yoxlamaq üçün maraqlı üsula əl atıb.

Bizim.Media "The Athletic"ə istinadən xəbər verir ki, mütəxəssis oyunçulara heç bir xəbər vermədən düşərgəyə peşəkar cibgirlər dəvət edib.

Futbolçularla birlikdə şam yeməyinə qoşulan oğrular komanda üzvlərinin telefon, pul kisəsi və başqa şəxsi əşyalarını götürüblər. Şam yeməyinin sonunda Arteta hamıdan ciblərini yoxlamağı xahiş edib. Bundan sonra futbolçuların əksəriyyəti qiymətli əşyalarının itdiyini anlayıblar.

Beləliklə məşqçi bütün situasiyalarda oyunçulara diqqətli və ayıq olmağın vacibliyini vurğulamağa çalışıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO