Kursk vilayətində Ukrayna tərəfinin irəliləməsinin qarşısı alınıb.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, görülən adekvat tədbirlər nəticəsində Ukrayna tərəfinin irəliləməsinin qarşısı alınıb.
Sutka ərzində Kursk vilayətinin Ukrayna ilə sərhəddəki Sudja və Korenevsk rayonları ərazisində döyüşlərin getdiyi açıqlanıb.
Gecə saatlarında Sum vilayəti ərazisində Ukrayna ordusunun mövqelərinə hava zərbələri endirilib. Nəticədə qarşı tərəfindən 400-dən çox hərbi qulluqçu öldürülüb, 32-dən artıq zirehli texnikası sıradan çıxarılıb.
Ümumilikdə Kurskda döyüşlər başladıqdan bu yana Ukrayna ordusu 660-dan çox şəxsi heyət üzvünü itirib.
İnformasiyada o da bildirilir ki, onların 12 ədəd zirehti transportyor, 6 ədəd piyadaların döyüş maşını, 55 ədəd zirehli avtomobil və mühəndis texnikası daxil olmaqla, 32 ədəd hərbi texnikası sıradan çıxarılıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
13:50 / 08.08.2024
Rusiya MN-dən Kurskdakı son vəziyyətlə bağlı AÇIQLAMA - VİDEO
Hazırda oxunan: Rusiya MN-dən Kurskdakı son vəziyyətlə bağlı AÇIQLAMA - VİDEO
Hazırda oxunan: Rusiya MN-dən Kurskdakı son vəziyyətlə bağlı AÇIQLAMA - VİDEO
205673
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.