Baydendən SENSASİON AÇIQLAMA – Tramp məğlub olsa, ABŞ-da vətəndaş müharibəsi olacaq?

Baydendən SENSASİON AÇIQLAMA – Tramp məğlub olsa, ABŞ-da vətəndaş müharibəsi olacaq?

Hazırda oxunan: Baydendən SENSASİON AÇIQLAMA – Tramp məğlub olsa, ABŞ-da vətəndaş müharibəsi olacaq?

205644

Co Bayden Donald Trampın seçkilərdə uduzacağı təqdirdə ABŞ-da “hakimiyyətin dinc yolla ötürüləcəyinə” əmin olmadığını deyib.

Bizim.Media xəbər verir ki, ABŞ Prezidenti “CBS” telekanalına müsahibəsində bu barədə danışıb.

“O istədiyini dediyi üçün biz onu ciddiyə almırıq. Amma o ABŞ “qan gölməçəsinə çevriləcək” deyəndə sözün həqiq mənasında bunu nəzərdə tutur”, - Bayden bildirib.

Qeyd edək ki, Tramp mart ayında verdiyi müsahibəsində seçkilərdə məğlub olacağı təqdirdə ABŞ-ın qan gölünə çevrilə biləcəyini qeyd etmişdi. Lakin Tramp sonradan fikirlərini izah edərkən, söhbətin Amerikanın avtomobil sənayesini xarici rəqabətdən qorumaqdan getdiyini, yalnız bu kontekstdə “qan gölü”ndən bəhs etdiyini bildirmişdi.

Xatırladaq ki, 2021-ci ilin yanvarında məğlubiyyətlə barışmayan Tramp tərəfdarları Kapitoli binasını zəbt etmişdilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO