BMT Təhlükəsizlik Şurası (TŞ) İsrailin təcavüzkar hərəkətlərinə qarşı çıxa bilmədiyinə görə İranın özünün HƏMAS təşkilatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin qətlə yetirilməsi ilə əlaqədar İsrailə cavab verməkdən başqa çarəsi yoxdur.
Bizim.Media xəbər verir ki, bu barədə İranın xarici işlər naziri vəzifəsini icra edən Əli Baqiri Kani İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının Ciddədə keçirilən növbədənkənar iclasında bildirib.
“Hazırda İsrail rejiminin təcavüzünə qarşı BMT Təhlükəsizlik Şurası tərəfindən heç bir tədbir görülmədiyinə görə İran İslam Respublikasının qanuni müdafiə kimi ayrılmaz hüququndan istifadə etməkdən başqa çarəsi yoxdur”, - o deyib.
Xatırladaq ki, iyulun 31-də Haniyənin ölümündən sonra İranın tələbi ilə çağırılan BMT Təhlükəsizlik Şurasının fövqəladə iclası keçirilib. Təhlükəsizlik Şurasına sədrlik edən Rusiya fələstinli siyasətçinin qətlini pisləyən bəyanat qəbul etməyi təklif etsə də, Böyük Britaniya, ABŞ və Fransa sənədi bloklayıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
21:06 / 07.08.2024
İranın İsrailə cavab verməkdən başqa çarəsi yoxdur - RƏSMİ TEHRAN
Hazırda oxunan: İranın İsrailə cavab verməkdən başqa çarəsi yoxdur - RƏSMİ TEHRAN
Hazırda oxunan: İranın İsrailə cavab verməkdən başqa çarəsi yoxdur - RƏSMİ TEHRAN
205586
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.