İranda anomal İSTİLƏR – Dövlət qurumlarında iş dayandırıldı

İranda anomal İSTİLƏR – Dövlət qurumlarında iş dayandırıldı

Hazırda oxunan: İranda anomal İSTİLƏR – Dövlət qurumlarında iş dayandırıldı

205497

İranın paytaxtı Tehranda həddindən artıq istilər səbəbindən bütün dövlət müəssisələri 1 gün müddətinə bağlanıb.

Bizim.Media xəbər verir ki, bu barədə İran İnformasiya Şurasının yazılı açıqlamasında qeyd olunub.
 

Belə ki, qərarın ölkə daxilində davam edən istilər səbəbilə əhalinin sağlamlığını qorumaq və enerji istehlakını idarə etmək üçün qəbul edildiyi bildirilib.


Qərara əsasən, Tehran və Əlborz vilayətində yardım xidmətləri istisna olmaqla, bütün dövlət qurumları və banklar bağlanacaq.

Ölkənin 13 əyalətində bütün dövlət qurumları və banklar saat 06.00-10.00 arasında xidmət göstərəcək.

Qeyd edək ki, İranın cənubunda bəzi bölgələrdə havanın temperaturu 50 dərəcəyə yaxınlaşıb. Meteoroloji proqnozlara görə, Tehranda havanın temperaturu 41 dərəcəyə çatacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO