Gürcüstan prezidenti Saakaşvilinin ƏFV olunmasına icazə verib

Gürcüstan prezidenti Saakaşvilinin ƏFV olunmasına icazə verib

Hazırda oxunan: Gürcüstan prezidenti Saakaşvilinin ƏFV olunmasına icazə verib

205352

Gürcüstan prezidenti Salome Zurabişvili keçmiş dövlət başçısı Mixail Saakaşvilinin əfv edilməsinin mümkünlüyünü etiraf edib.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili bu barədə bildirib.

O, vurğulayıb ki, Zurabivşili vəzifəsinin qorunub saxlanmasına görə şəxsən Saakaşviliyə və Milli Hərəkata borcludur.

“Siz gürcü xalqının əhval-ruhiyyəsini, Konstitusiya Məhkəməsinin və parlamentin onun impiçmenti ilə bağlı qərarını gördünüz. Təbii ki, bütün bunların əfvlə bağlı öz öhdəlikləri var və əminəm ki, onun belə planları olacaq”, - deyə Papuaşvili qeyd edib.

Xatırladaq ki, Papuaşvili 2008-ci ildə Cənubi Osetiyada baş vermiş hərbi münaqişənin Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin siyasi cinayəti olduğu fikrini bildirmişdi.

Gürcüstan prezidenti isə qeyd etmişdi ki, Saakaşvilini əfv etmək qərarı Gürcüstan prezidentinin mənəvi məsuliyyətidir, ona görə də heç kim ona təsir edə bilməyəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO