Netanyahu müdafiə nazirini İSTEFAYA GÖNDƏRİR

Netanyahu müdafiə nazirini İSTEFAYA GÖNDƏRİR

Hazırda oxunan: Netanyahu müdafiə nazirini İSTEFAYA GÖNDƏRİR

205325

“İsrailin baş naziri Benyamin Netanyahu müdafiə naziri Yoav Qalantı istefaya göndərməyi düşünür”.

Bizim.Media xəbər verir ki, “The Jerusalem Post” nəşri bu barədə məlumat yayıb.

Netanyahunun sözügedən addımı atmaq istəməsinə səbəb Likud partiyası daxilində narazılığın kəskinləşməsidir. Hökumət başçısı hətta onun yerini tutmaq üçün əvəzedici də tapıb.

Netanyahunun fikrincə, bu məsuliyyətli vəzifəni istefada olan general Qabi Aşkinazi yerinə yetirməlidir.

Qeyd edək ki, 40 ildən artıq orduda xidmət edən 70 yaşlı Q.Aşkinazi 2007-2011-ci illərdə İsrailin Baş Qərargah rəisi olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO