İraqda PKK ilə əlaqəli üç partiya qadağan edildi

İraqda PKK ilə əlaqəli üç partiya qadağan edildi

Hazırda oxunan: İraqda PKK ilə əlaqəli üç partiya qadağan edildi

205308

İraqda PKK terror təşkilatı ilə əlaqədə olmuş üç partiyanın fəaliyyəti qadağan edilib və onlara məxsus əmlak müsadirə olunub.

Bizim.Media “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə İraq Ali Məhkəmə Şurasının qərarında bildirilib.

Məlumata görə, İraq Milli Təhlükəsizlik Müşavirliyinin tələb və şikayəti əsasında PKK terror qruplaşması ilə əlaqəli Yezidilər Demokrat və Azadlıq Partiyası, Demokratik Mübarizə Cəbhəsi Partiyası və Azad Yurd Partiyasının fəaliyyətləri qadağan edilib. Eyni zamanda, həmin təşkilatlara məxsus əmlak da müsadirə edilib.

Xatırladaq ki, 2024-cü ilin mart ayında İraq hökuməti PKK terror qruplaşmasını qanundankənar elan edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO