Əlcəzairli boksçu həmin qalmaqaldan danışdı - VİDEO

Əlcəzairli boksçu həmin qalmaqaldan danışdı - VİDEO

Hazırda oxunan: Əlcəzairli boksçu həmin qalmaqaldan danışdı - VİDEO

205272

Paris-2024 Yay Olimpiya Oyunlarında qadınlar arasında keçirilən boks yarışında italiyalı idmançı Anjela Karinin transgender olduğu üçün döyüşməkdən imtina etdiyi əlcəzairli rəqibi İman Xelifi qalmaqallardan sonra mətbuata açıqlama verib.

Bizim.Media “The Guardina”a istinadən xəbər verir ki, o, Karininin Paris Olimpiadasındakı davranışından danışıb.

Xelifi rəqibinin onu yaxşı tanıdığını deyib:

“Təlim-məşq toplanışlarımın çoxu İtaliyada olub. Oradakı məşqçilər məni gənc yaşlarımdan tanıyır. Mən onlarla məşq etmişəm. İtalyan boksçu məni şəxsən və yaxşı tanıyır, onunla Assisidə rinqlərdə məşq etmişik. Mənə təsir etmək üçün media kampaniyasından istifadə etdilər”.

Qeyd edək ki, Xelif və Tayvan təmsilçisi Lin Yutinq bir il əvvəl Hindistanda keçirilən Dünya Çempionatında gender testindən keçə bilməyiblər.

Buna baxmayaraq, Beynəlxalq Olimpiya Komitəsi hər iki idmançının Paris-2024-də iştirakını təsdiqləyib. Lakin Paris-2024-də qadınlar arasında keçirilən boks yarışında italiyalı idmançı Anjela Karini əlcəzairli rəqibi İmane Xeliflə döyüşməkdən imtina edib. İtaliyalı idmançının bunu etməsinə səbəb isə rəqibinin transgender olması olub. Anjela Karini rinqdən çıxdığı üçün hakimlər İmane Xelifə texniki qələbə veriblər.

Xelif yarımfinalda Tailandlı Suvannaphenqlə qarşılaşacaq. Döyüş avqustun 6-da baş tutacaq.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO