Banqladeşin Baş naziri ölkədən qaçdı

Banqladeşin Baş naziri ölkədən qaçdı

Hazırda oxunan: Banqladeşin Baş naziri ölkədən qaçdı

205173

Banqladeş ordusunun qərargah rəisi general Vaqar-uz-Zaman Baş nazir Şeyx Hasinanın ölkədən qaçdığını təsdiqləyib. 

Bizim.Media "Times of India"ya istinadən xəbər verir ki, bu barədə qərargah rəisi xalqa müraciətində deyib. 

O bildirib ki, müvəqqəti hökumət qurulacaq. 

Qərargah rəisi bütün ölüm hallarının araşdırılacağını deyib və xalqı orduya etimad göstərməyə çağırıb. O, vətəndaşları sülhü və asayişi qorumağa, zorakılıqdan çəkinməyə və ölkənin rifahını qorumaq üçün birlikdə çalışmağa çağırış edib. 

Yerli media isə Baş nazir Şeyx Hasinanın öz bacısı ilə birgə hərbi helikopterlə Hindistana qaçdığı barədə məlumat yayıb. 
 

Xatırladaq ki, Banqladeşdə nümayişlər ötən aydan tələbələrin hökumət işləri üçün kvota sisteminə son qoymağa çalışması ilə başlayıb, lakin polis və hökumətyönlü fəallarla qarşıdurmalar 300-dək insanın ölümünə səbəb olan zorakılığa çevrilib. 


Qeyd edək ki, Baş nazir xanım Şeyx Hasina 2009-cu ildən hökumətə rəhbərlik edirdi. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO