“ABŞ və Asiya birjalarında ucuzlaşmanın səbəb hazırkı hökumətin səriştəsizliyidir”.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bunu Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Tramp deyib.
“Birjalar çökür. Kamala Harrisin bu barədə heç bir fikri yoxdur. Bayden isə dərin yuxudadır. Birjalardakı hazırkı vəziyyətə görə ABŞ-ın səriştəsiz hakimiyyət orqanları günahkardır”, - deyə Tramp bildirib.
Qeyd edək ki, son iki gündə birjalarda neft və “Bitcoin”in qiymətində ciddi eniş müşahidə olunur. Belə ki, neftin bir bareli 75 dollardan, bir “Bitcoin” isə 50 min dollardan daha ucuza təklif olunur.
Bizim.Media