Elon Mask Yusuf Dikeç üçün İstanbula gələcək - FOTO

Elon Mask Yusuf Dikeç üçün İstanbula gələcək - FOTO

Hazırda oxunan: Elon Mask Yusuf Dikeç üçün İstanbula gələcək - FOTO

205141

Elon Mask Paris-2024 Olimpiya Oyunlarında atıcılıq yarışında əli cibində medal qazanan Türkiyəli idmançı Yusuf Dikeçi görmək üçün İstanbula gələcək. 

Bizim.Media "Haberler.com"a istinadən xəbər verir ki, bunu E.Mask sahibi olduğu “X” platformasında idmançının dəvətinə cavab olaraq bildirib. 

Qeyd edək ki, Yusif Dikeç onu sosial şəbəkədə izləyən iş adamını İstanbula dəvət etmişdi:

“Səncə robotlar əli cibində Olimpiya medalı qazana biləcək? Gəl bunu qitələrin mədəniyyətini birləşdirən İstanbulda müzakirə edək”. 

Elon Mask bu dəvəti qəbul edərək bildirib:

“Robotlar hədəfi dəqiqliklə tam ortasından vuracaq. İstanbulu ziyarət etmək istəyirəm. O, dünyanın ən gözəl şəhərlərindən biridir”. 

Xatırladaq ki, Yusuf Dikeç 10 metr məsafədən pnevmatik tapança ilə atəş açarkən rəqiblərindən fərqli olaraq qulaqlıq və xüsusi eynəkdən istifadə etməyərək gümüş medal qazanmağı gündəm olmuşdu. 






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO