İsrailin müdafiə naziri Yoav Qalant İranın yəhudi dövlətinə mümkün hücumu fonunda yüksəkrütbəli hərbçilərlə görüş keçirib.
Bizim.Media xəbər verir ki, bu barədə “Times of Israel” nəşri məlumat yayıb.
Məlumatına görə, görüşdə İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Herzi Halevi, Baş Təhlükəsizlik Xidmətinin (ŞABAK) rəhbəri Ronen Bar və digər hərbi rəsmilər iştirak ediblər.
Bildirilir ki, iclasda təhlükəsizlik məsələsi və İran və onun regiondakı müttəfiqlərinin İsrailə mümkün hücum cəhdləri müzakirə edilib.
Xatırladaq ki, HƏMAS-ın siyasi bürosunun lideri İsmayıl Haniyə iyulun 31-i gecə saatlarında Tehrandakı iqamətgahına endirilən raket zərbəsi nəticəsində həyatını itirib. Sui-qəsdin ardınca İran Təhlükəsizlik Şurasının iclası keçirilib və rəsmi Tehran İsrailə qarşı cavab tədbirlərinin görüləcəyini elan edib.
ABŞ dövlət katibi Entoni Blinken isə İranın İsrailə hücumunun bu gün baş tutacağını qeyd edib.
Bizim.Media