Blinkendən XƏBƏRDARLIQ – İran bu gün İsrailə hücum edə bilər

Blinkendən XƏBƏRDARLIQ – İran bu gün İsrailə hücum edə bilər

Hazırda oxunan: Blinkendən XƏBƏRDARLIQ – İran bu gün İsrailə hücum edə bilər

205106

ABŞ dövlət katibi Entoni Blinken G7 ölkələrinin xarici işlər nazirlərinə İran və Hizbullahın avqustun 5-də İsrailə hücum edə biləcəyini deyib. 

Bizim.Media xəbər verir ki, bu barədə "Axios" portalı yazır.

Qeyd olunub ki, Blinken İran və “Hizbullah”a diplomatik təzyiq göstərməyə çalışmaq üçün və HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda öldürülməsinə cavab olacaq zərbənin gücünü minimuma endirmək məqsədilə G7 həmkarları ilə telefon danışığı aparıb.

Xatırladaq ki, HƏMAS-ın siyasi bürosunun lideri İsmayıl Haniyə iyulun 31-i gecə saatlarında Tehrandakı iqamətgahına endirilən raket zərbəsi nəticəsində həyatını itirib. Sui-qəsdin ardınca İran Təhlükəsizlik Şurasının iclası keçirilib və rəsmi Tehran İsrailə qarşı cavab tədbirlərinin görüləcəyini elan edib.

Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO