İsrail 2 məktəbi bombaladı - HƏMAS-ın 30 üzvü öldü - FOTO/VİDEO

İsrail 2 məktəbi bombaladı - HƏMAS-ın 30 üzvü öldü - FOTO/VİDEO

Hazırda oxunan: İsrail 2 məktəbi bombaladı - HƏMAS-ın 30 üzvü öldü - FOTO/VİDEO

205072

İsrail aviasiyası Qəzza zolağında Fələstinin radikal “HƏMAS” hərəkatının silahlı qanadının üzvlərinin gizləndiyi iki məktəbin ərazilərinə zərbələr endirib.

Bu barədə Bizim.Media TASS-a istinadən xəbər verir.

Qeyd olunub ki, İsrailin təhlükəsizlik qüvvələri kəşfiyyat məlumatlarına əsaslanaraq Qəzza şəhərində Həsən Salameh və Nasser məktəblərində fəaliyyət göstərən “HƏMAS”ın komandanlıq mərkəzlərinə aviazərbələr endirib.

Həmin mərkəzlərdə terrorçuların olduğu iddia olunur.

Təhsil müəssisələrinin binaları Əl-Furqan batalyonundan olan radikallar tərəfindən qərargah kimi istifadə olunurmuş. İsrailin Müdafiə Nazirliyi qeyd edib ki, hücumdan əvvəl mülki şəxslərə dəyən zərərin azaldılması üçün tədbirlər görülüb.

“Əl-Cəzirə” kanalı bildirib ki, İsrailin Qəzzada məktəb ərazisinə endirdiyi zərbələr nəticəsində azı 30 nəfər həlak olub.





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO