Britaniyada miqrant “ovuna” başlandı

Britaniyada miqrant “ovuna” başlandı

Hazırda oxunan: Britaniyada miqrant “ovuna” başlandı

205071

Böyük Britaniyada qeyri-leqal miqrantlara qarşı etiraz aksiyaları davam edir.

Bizim.Media “Guardian” nəşrinə istinadən xəbər verir ki, Roterem şəhərində miqrantların olduğu ehtimal edilən “Holiday Inn Express” oteli hədəfə çevrilib.

Bir qrup maskalı şəxs yanan zibil qabını binaya yuvarlayıb, otelin qarşısındakı polislərə müxtəlif predmetlər atıblar.

“Sky News“ telekanalı ən azı 1 polis əməkdaşının yaralandığı barədə məlumat yayıb.

Qeyd edək ki, bundan əvvəl ölkəni əhatə edən etiraz aksiyaları ilə bağlı 90-dan çox insanın saxlanıldığı açıqlanmışdı.

Xatırladaq ki, iyulun 29-da Sautport şəhərində 17 yaşlı gənc bıçaqla uşaqlara hücum edib. Nəticədə 3 uşaq ölüb, bir neçə uşaq ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Hadisəni törədən yeniyetmə polis tərəfindən saxlanılıb. Hadisəni törədən yeniyetmənin miqant olması barədə təsdiqini tapmamış məlumat fonunda Sautport, London və digər şəhərlərdə kütləvi aksiyalar başlayıb, polislə toqquşmalar olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO