Türkiyənin xarici işlər naziri Hakan Fidan Misirə rəsmi səfər edib.
Bizim.Media “Hurriyet”ə istinadən xəbər verir ki, səfər çərçivəsində Hakan Fidan Misirin yeni xarici işlər naziri Badr Abdellaty ilə görüşəcək.
Görüşdə Misir Prezidenti Abdelfattah es-Sisinin Türkiyəyə planlaşdırılan ilk səfərinə hazırlıq, iki ölkə arasında imzalanması nəzərdə tutulan 20-yə yaxın anlaşma ilə bağlı müzakirə aparılacaq.
Qeyd edək ki, Hakan Fidan öncə Misirlə Qəzza sərhədindəki Rafah sərhəd-keçid məntəqəsinin qarşısına gəlib, İsrailin Qəzzada əməliyyatları dayandırması üçün beynəlxalq ictimaiyyətin təzyiqləri artırmasını vacib sayıb.
Bizim.Media