ŞOK İDDİA: ABŞ nümayəndə heyəti gizlicə İrana UÇDU - FOTO

ŞOK İDDİA: ABŞ nümayəndə heyəti gizlicə İrana UÇDU - FOTO

Hazırda oxunan: ŞOK İDDİA: ABŞ nümayəndə heyəti gizlicə İrana UÇDU - FOTO

205032

ABŞ nümayəndə heyəti Türkiyədən gizli şəkildə şəxsi təyyarə ilə havaya qalxaraq cümə axşamı İrana gedib.

Bizim.Media xəbər verir ki, bu barədə Küveytin “Al Ceride” qəzeti məlumat yayıb.

Nəşr yazır ki, nümayəndə heyəti İranda kəşfiyyat və xarici işlər rəsmiləri ilə görüşlər keçirib.

Görüşdə ABŞ-da Haniyənin öldürülməsindən xəbərsiz olduqları, Netanyahunun nəzarətdən çıxdığını və regional müharibə istədiyi bildirib.

Eyni zamanda, Baydenin İranla döyüşmək istəmədiyi, lakin İranın hücumundan sonra İsraili müdafiə edəcəyi diqqətə çatdırılıb.

Qəzet ABŞ-ın İrana sui-qəsddə əli ola biləcək və İrana sızmış 10 MOSSAD agentinin siyahısını verməsi ilə bağlı iddialara da yer verib.

“Əgər biz dərhal nüvə sazişi bağlasaq, Netanyahuya ən böyük zərbəni siz vuracaqsınız” - deyə görüşdə bildirilib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO