İsrailin Holon şəhərində naməlum şəxs insanlara bıçaqla hücum edib.
Bizim.Media xəbər verir ki, bu barədə “Times of İsrael” məlumat yayıb.
Mənbə yazır ki, o, 70 yaşlı qadını qətlə yetirib, daha dörd nəfəri ağır yaralayıb.
Terrorçunun fələstinli Ammar Rezak Kamal Auda olduğu bildirilir. O, Salfit sakinidir və icazəsiz İsrail ərazisinə daxil olub.
Polisin məlumatına görə, terrorçu hücum yerinə gələn zabit tərəfindən zərərsizləşdirilib.
Bizim.Media