Tramp Putini təbrik etdi

Tramp Putini təbrik etdi

Hazırda oxunan: Tramp Putini təbrik etdi

204985

ABŞ-ın keçmiş prezidenti və prezidentliyə hazırkı namizəd Donald Tramp Rusiya lideri Vladimir Putini məhbus mübadiləsi münasibətilə təbrik edib və bunun əla olduğunu bildirib.

Bizim.Media rbc.ru-ya istinadən xəbər verir ki, siyasətçi bu barədə Atlantada keçirilən mitinqdə danışıb.

"Mən Vladimir Putini daha bir böyük iş münasibətilə təbrik etmək istəyirəm", - deyə Tramp bəyan edib.
 

Xatırladaq ki, avqustun 1-də Rusiya, ABŞ, Belarus, Almaniya, Sloveniya və Norveç yaxın tarixdə görünməmiş məhbus mübadiləsi həyata keçirib. Prosesdə 26 nəfər iştirak edib. 10 nəfər Rusiyaya, 12 nəfər Almaniyaya, 4 nəfər isə ABŞ-a təhvil verilib.


Mübadilə Ankarada baş tutub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO