Vatikandan “Paris-2024”ün açılış mərasimindəki səhnələrə REAKSİYA

Vatikandan “Paris-2024”ün açılış mərasimindəki səhnələrə REAKSİYA

Hazırda oxunan: Vatikandan “Paris-2024”ün açılış mərasimindəki səhnələrə REAKSİYA

204981

“Paris-2024” Yay Olimpiya Oyunlarının rəsmi açılış mərasimindəki bəzi səhnələr kədər və təəssüf hissi doğurur.

Bizim.Media xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidməti məlumat yayıb.

Açıqlamada Olimpiya Oyunlarının açılış mərasiminin bəzi səhnələrində bütün dindarların təhqir edildiyi və bununla bağlı məyusluq ifadə olunduğu bildirilib.

“Müqəddəs Taxt-Tac Olimpiya Oyunlarının açılış mərasimindəki bəzi səhnələrdən kədərləndiyini ifadə edir və son günlərdə bir çox xristianın və digər dinlərə inananların təhqir olunmasını pisləyir. Bütün dünyanın ümumi dəyərlər ətrafında birləşdiyi mötəbər tədbirdə bir çox insanın dini inanclarını ələ salan heç bir eyhamlar olmamalıdır”, - deyə məlumatda vurğulanır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO