M.Zaxarova: Olimpiya Oyunlarının acılışında Fransa öz simasını deyil, nəsə başqa bir şey göstərdi - FOTO

M.Zaxarova: Olimpiya Oyunlarının acılışında Fransa öz simasını deyil, nəsə başqa bir şey göstərdi - FOTO

Hazırda oxunan: M.Zaxarova: Olimpiya Oyunlarının acılışında Fransa öz simasını deyil, nəsə başqa bir şey göstərdi - FOTO

204914

Parisdə keçirilən Olimpiya Oyunlarının açılış mərasimində Fransa öz simasını deyil, “nəsə başqa bir şey” göstərdi.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova özünün Telegram kanalında paylaşım edib.

O, Fransa Prezidenti Emmanuel Makronun açılışda ölkənin “əsl simasını” nümayiş etdirməsi ilə bağlı sözlərinə reaksiya verib.

“Çoxları bunun başqa bir şey, bədənin bəzi digər hissələri olduğunu düşünürdü. Lakin Makron Fransanın indi belə bir sifətə sahib olmasında israr etdiyinə görə, o, əlbəttə ki, daha yaxşı bilir”, - Zaxarova qeyd edib.

Xatırladaq ki, Paris Olimpiya Oyunlarının açılışı iyulun 26-da baş tutub. Açılışda Leonardo da Vinçinin “Son şam yeməyi” əsərinin parodiyası olub; burada transvestitlər və yunan şərab tanrısı Dionis qiyafəsində çılpaq müğənni iştirak edib. Olimpiadanın təşkilat komitəsi tənqidlərə cavab olaraq üzr istəyib və bu kompozisiyanın heç bir dini qrupu təhqir etmək niyyəti daşımadığını vurğulayıb.

Bundan əvvəl Zaxarova Oyunların açılış mərasimini “mənəvi çökmə” adlandırmışdı. ABŞ-ın sabiq Prezidenti Donald Tramp da onu biabırçı hesab edirdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə həmin mərasimi əxlaqsızlıq adlandırıb.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO