Lukaşenko: "Baydenin əsir mübadiləsinin təşkili ilə heç bir əlaqəsi yoxdur"

Lukaşenko: "Baydenin əsir mübadiləsinin təşkili ilə heç bir əlaqəsi yoxdur"

Hazırda oxunan: Lukaşenko: "Baydenin əsir mübadiləsinin təşkili ilə heç bir əlaqəsi yoxdur"

204861

ABŞ prezidenti Co Baydenin Rusiya ilə Qərb ölkələri arasında əsir mübadiləsinin təşkili ilə heç bir əlaqəsi yoxdur, baxmayaraq ki, o, indi bununla nüfuz qazanmağa çalışır.

Bizim.Media Belarus mətbuatına istinadən xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko deyib.

Belarus liderinin sözlərinə görə, mübadilə yalnız xüsusi xidmət orqanları vasitəsilə təşkil olunub, hətta diplomatlar da iştirak etməyib.

"Belarus tərəfi hər cür köməklik göstərib" - Lukaşenko deyib.

Xatırladaq ki, avqustun 1-də Rusiya FTX bir sıra NATO ölkələrində saxlanılan və həbsdə olan 8 rusiyalının Rusiya Federasiyasına qaytarıldığını bildirib. Söhbət xüsusən Almaniyada ömürlük həbs cəzasına məhkum edilmiş Vadim Sokolovdan (Krasikov), eləcə də ABŞ-da həbsdə olan Vladislav Klyuşindən gedirdi. Artem və Anna Dultsev, Pavel Rubtsov, Vadim Konoşenok, Mixail Mikuşin və Roman Seleznev də Rusiyaya qayıdıblar. Vətənlərinə qayıdan rusiyalılar Rusiya Federasiyasının kəşfiyyat orqanları ilə əməkdaşlıqda ittiham olunurdular, lakin bir sıra hallarda Rusiyanın səlahiyyətli orqanlarından birində etibarlı mənbənin bildirdiyinə görə, onların günahı sübuta yetirilməyib. Bütün rusiyalılar məhkəmə iclasları zamanı və cəzalarını çəkərkən ittahamları qəbul etməyiblər.

Öz növbəsində, mübadilə zamanı casusluqda təqsirli bilinən bir sıra vətəndaşlar və ikili vətəndaşlığı olan bir sıra rusiyalılar Rusiyanı tərk edib. Bu vətəndaşların təqsiri tam sübuta yetirilib, onlar başqa şeylərlə yanaşı, dövlətə xəyanət və ekstremist fəaliyyətə çağırış maddələri ilə də məhkum ediliblər. Xarici tərəf Qərbdə müxalifət kimi təmsil olunan rusiyalılara maraq göstərib, onlara belə diqqət başa düşüləndir.

Mübadilə çərçivəsində bu ölkənin üç vətəndaşı - Evan Qerşkoviç, Pol Uilan və Alsu Kurmaşeva, habelə ABŞ-da yaşamaq icazəsi sahibi Vladimir Kara-Murza (Rusiyada xarici agent kimi tanınır) ABŞ-a qayıdıb. Rusiya prezidenti Vladimir Putin Rusiyadan mübadilə edilən vətəndaşları, xüsusən də Uilan və Gerşkoviçi əfv edib. Kremlin saytında verilən məlumata görə, fərmanların imzalanması qərarı xarici dövlətlərin ərazisində saxlanılan və həbsdə olan Rusiya Federasiyası vətəndaşlarının geri qaytarılması məqsədi ilə qəbul edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO