Krım körpüsündə mindən çox avtomobil NÖVBƏ GÖZLƏYİR

Krım körpüsündə mindən çox avtomobil NÖVBƏ GÖZLƏYİR

Hazırda oxunan: Krım körpüsündə mindən çox avtomobil NÖVBƏ GÖZLƏYİR

204842

Krım körpüsündən keçmək üçün mindən çox avtomobil növbə gözləyir.

Bizim.Media xəbər verir ki, körpüdəki vəziyyət barədə məlumat operativ Telegram kanalında yerləşdirilib.

Məlumata görə, Taman istiqamətindən növbədə 1050 avtomobil dayanıb, gözləmə müddəti üç saatdan çox çəkir.


Moskva vaxtı ilə saat 04.00-dək növbədə olan avtomobillərin sayı iki dəfə artıb. Saat 06.20 radələrində isə körpüdə nəqliyyatın hərəkəti müvəqqəti olaraq dayandırılıb.

Krım körpüsündən yalnız sərnişin avtobuslarının, yüksüz mikroavtobusların, eləcə də pikapların keçməsinə icazə verilir. Yüklər isə yarımadaya Kerç bərə keçidi və Azov dənizi boyunca quru yolu ilə daxil olur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO