ABŞ Mərləzi Kəşfiyyat İdarəsinin rəsmiləri iyunun sonunda Rusiya kəşfiyyatçıları ilə məhbusların dəyişdirilməsi təklifini təqdim etmək üçün gizli görüş keçiriblər .
Bizim.Media xəbər verir ki, bu barədə “CNN” məlumat yayıb.
Kanal qeyd edir ki, bu ABŞ-ın məhbusların mübadiləsi ilə bağlı sonuncu təklifi olub.
Məlumata görə, məhbusların ilkin siyahısında çeçen səhra komandiri Zelimxan Xanqoşvilinin qətlinə görə ömürlük həbs cəzasına məhkum edilmiş rusiyalı Vadim Krasikovun da adı olub. Vaşinqton onu keçmiş dəniz piyadası Paul Velan və “Wall Street Journal”ın jurnalisti Evan Gershkoviçlə dəyişməyi təklif edib.
İyulun əvvəlindəki telefon danışığında isə Rusiya tərəfi Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börnsə “prinsipcə razılaşmaya razı olduqlarını” bildirib. İyulun 17-də Moskva şərtləri qəbul edib.
Avqustun 1-də isə Ankarada mübadilə prosesi baş tutub.
Bizim.Media