“ABŞ İsrailin Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyəni aradan götürmək planlarından xəbərdar idi və onların həyata keçirilməsinə mane olmadı”.
Bizim.Media TASS-a istinadən xəbər verir, bunu İranın Kəşfiyyat Nazirliyinin rəhbəri İsmail Xətib deyib.
Xətib deyib:
“Birləşmiş Ştatlar HƏMAS siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin İsrail tərəfindən həyata keçirilən sui-qəsdinə yaşıl işıq yandırdı”.
Qeyd edək ki, HƏMAS-ın siyasi bürosunun lideri İsmayıl Haniyə iyulun 31-i gecə saatlarında Tehrandakı iqamətgahına endirilən raket zərbəsi nəticəsində həyatını itirib.
Bizim.Media