Haniyənin öldürülməsi ilə bağlı SENSASİON İDDİA – “Partlayıcı iki ay əvvəl qoyulub”

Haniyənin öldürülməsi ilə bağlı SENSASİON İDDİA – “Partlayıcı iki ay əvvəl qoyulub”

Hazırda oxunan: Haniyənin öldürülməsi ilə bağlı SENSASİON İDDİA – “Partlayıcı iki ay əvvəl qoyulub”

204748

“HƏMAS-ın lideri İsmayıl Haniyə partlayışdan iki ay əvvəl yerləşdirilmiş partlayıcı qurğu ilə öldürülüb”.

Bizim.Media xəbər verir ki, bu iddia ilə “CNN” nəşri çıxış edib. 

“Məlumata görə, partlayıcı qurğu Haniyənin Tehranda qaldığı bilinən qonaq evinə qoyulub. O, otağında olarkən cihaz uzaqdan işə salınıb”.

Qeyd edək ki, İran hökuməti və HƏMAS Haniyənin öldürülməsinin arxasında İsrailin olduğunu iddia edir.

Xatırladaq ki, HƏMAS-ın siyasi bürosunun lideri İsmayıl Haniyə iyulun 31-i gecə saatlarında Tehrandakı iqamətgahına endirilən raket zərbəsi nəticəsində həyatını itirib. Onun cənazəsi bu gün Qətərdə torpağa tapşırılacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO