Lukaşenkodan Baydenə CAVAB: “O, məhbus mübadiləsində iştirak etməyib” - VİDEO

Lukaşenkodan Baydenə CAVAB: “O, məhbus mübadiləsində iştirak etməyib” - VİDEO

Hazırda oxunan: Lukaşenkodan Baydenə CAVAB: “O, məhbus mübadiləsində iştirak etməyib” - VİDEO

204742

“Amerika prezidenti Co Bayden Rusiya ilə Qərb ölkələri arasında əsirlərin mübadiləsi prosesində iştirak etməyib”. 

Bizim.Media xəbər verir ki, bu sözləri “Belarus Seqodnya” nəşrinə müsahibəsində Belarus prezidenti Aleksandr Lukaşenko bildirib.

Lukaşenkonun sözlərinə görə, Bayden bu barədə danışmaqla öz nüfuzunu artırmağa çalışır.

Lukaşenko qeyd edib ki, mübadilə yalnız kəşfiyyat xidmətləri vasitəsilə təşkil olunub, hətta diplomatlar da prosesdə iştirak etməyiblər: 
 

“Eyni zamanda Belarus tərəfi də mübadiləyə hər cür köməklik göstərib. Bizdən soruşdular - biz də qoşulduq, bacardığımız qədər kömək etdik”. 


Xatırladaq ki, avqustun 1-də Ankarada Rusiya ilə Qərb arasında məhbus mübadiləsi baş tutub. Mübadilə çərçivəsində Rusiyada saxlanılan 3 amerikalı və ABŞ-da saxlanılan 8 rusiyalı qarşı tərəfə təhvil verilib.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO