Türkiyədə “İnstagram” sosial şəbəkəsinə girişin bağlanmasının səbəbi bəlli olub.
Bizim.Media xəbər verir ki, bu barədə “Birgün” qəzeti məlumat yayıb.
Buna səbəb kimi HƏMAS lideri İsmayıl Haniyə ilə bağlı paylaşımlara “İnstagram”ın qadağa qoyması göstərilir.
Qeyd edək ki, dünəndən etibarən META şirkəti İsmayıl Haniyəyə başsağlığı verilməsi ilə bağlı mesajları bloklamağa başlayıb.
Məlumat üçün bildirək ki, 2024-cü ilin yanvar ayında hazırlanan hesabata əsasən, Türkiyə "İnstagram"dan aktiv istifadəyə görə dünyada ilk pillədə qərarlaşıb. Belə ki, Türkiyə vətəndaşları orta hesabla 1 ay ərzində "İnstagram"da 32 saat 11 dəqiqə vaxt keçirirlər.
Bizim.Media
- A-
- A
- A+
Dünya
10:47 / 02.08.2024
Türkiyədə “İnstagram”a giriş bu səbəbdən BLOKLANIB
Hazırda oxunan: Türkiyədə “İnstagram”a giriş bu səbəbdən BLOKLANIB
Hazırda oxunan: Türkiyədə “İnstagram”a giriş bu səbəbdən BLOKLANIB
204701
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.