Dünyada ən çox satılan telefon markaları – SİYAHI

Dünyada ən çox satılan telefon markaları – SİYAHI

Hazırda oxunan: Dünyada ən çox satılan telefon markaları – SİYAHI

204595

“Samsung” bu ilin ikinci rübündə dünyada ən çox satılan telefon markası olub.

Bizim.Media xəbər verir ki, bu barədə “Canalys”in son hesabatında qeyd olunub. 

Belə ki, 2024-cü ilin ikinci rübündə Cənubi Koreya şirkəti 18% payla qlobal smartfon bazarında lider olub. “Apple”ın bazar payı isə 16 faizə bərabər olub.

Keçən ilin eyni dövrü ilə müqayisədə “Samsung” və “Apple” arasındakı fərq bir qədər azalıb.

Çin brendləri olan “Xiaomi” 15 faiz bazar payı ilə üçüncü, “Vivo” isə 9 faizlə dördüncü yerdədir.

“Galaxy AI Samsung-un smartfon satışlarının artmasının ən böyük səbəblərindən biridir. “Samsung” “One UI 6.1.1” yeniləməsi ilə süni intellekt xüsusiyyətlərini təkmilləşdirməyə nail olub”, - deyə nəşr bildirib.

Qeyd edək ki, 2024-cü ilin aprelindən 2024-cü ilin iyununa qədər dünya üzrə ümumilikdə 288 milyon smartfon satılıb. Satışlar əvvəlki rüblə müqayisədə 12 faiz artıb.

Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO