ABŞ dövlət katibi Antoni Blinken Tehranda HƏMAS siyasi bürosunun rəhbərinin ölümündən sonra İrandan cavab addımı atmamasını istəyib.
Bizim.Media xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Telekanalın həmsöhbətinin sözlərinə görə, Blinken Qətərin hökumət başçısı və xarici işlər naziri Şeyx Məhəmməd bin Abdel Rəhman Əl Tani ilə söhbəti zamanı ondan bu mesajı İran tərəfinə və Livanın şiə Hizbullah hərəkatına çatdırmağı xahiş edib.
Mənbənin bildirdiyinə görə, Qətər şeyxi ABŞ dövlət katibinin xahişini yerinə yetirməyə razılıq verib.
Qeyd edək ki, HƏMAS-ın siyasi bürosunun lideri İsmayıl Haniyə dünən gecə saatlarında Tehrandakı iqamətgahına endirilən raket zərbəsi nəticəsində həyatını itirib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
15:08 / 01.08.2024
CNN: “Blinken İrandan cavab tədbiri görməməyi xahiş edib”
Hazırda oxunan: CNN: “Blinken İrandan cavab tədbiri görməməyi xahiş edib”
Hazırda oxunan: CNN: “Blinken İrandan cavab tədbiri görməməyi xahiş edib”
204593
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.