İranın Ali Rəhbəri Seyid Əli Xamenei HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin qətli ilə bağlı ilk açıqlama verib.
Bizim.Media xəbər verir ki, bu barədə İran KİV məlumat yayıb.
"İsmayıl Haniyə sübh çağı haqqa doğru getdi. Böyük müqavimət cəbhəsi matəm içindədir. Sionist rejimi sevimli qonağımızı evimizdə şəhid etdi və bizi matəmdə qoydu, amma eyni zamanda özü üçün ağır cəzanın zəminini hazırladı. İran torpaqlarında baş verən bu ağrılı hadisədə Haniyənin tökülən qanının qisasını almağı özümüzə borc bilirik", - deyə Xamenei qeyd edib.
Xatırladaq ki, HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin İranın paytaxtı Tehranda yerli vaxtla təxminən 02:00-da qaldığı yerə raket zərbəsi endirilməsi nəticəsində öldüyü bildirilir. HƏMAS rəsmi bəyanatında Siyasi Büro rəhbərinin ölümünü təsdiqləyərək, insidentdə İsraili günahlandırıb.
Hücum Haniyənin İranın yeni Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirakından sonra baş verib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
14:42 / 31.07.2024
Seyid Əli Xamenei: "Haniyənin tökülən qanının qisasını alacağıq"
Hazırda oxunan: Seyid Əli Xamenei: "Haniyənin tökülən qanının qisasını alacağıq"
Hazırda oxunan: Seyid Əli Xamenei: "Haniyənin tökülən qanının qisasını alacağıq"
204433
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.