Rusiya və Türkiyə rəsmiləri Həmas Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin qətlini münasibət bildirib.
Bizim.Media xəbər verir ki, bu barədə "Al-Jazeera" məlumat yayıb.
Bildirilib ki, Rusiya Xarici İşlər Naziri Mixayıl Boqadov Haniyənin öldürülməsini “qəbuledilməz siyasi qətl” olduğunu qeyd edib.
“Bu, tamamilə qəbuledilməz siyasi qətldir və bu, gərginliyin daha da artmasına gətirib çıxaracaq”, - nazir vurğulayıb.
Türkiyə Xarici İşlər Nazirliyi isə bəyanatında Haniyənin öldürülməsini Netanyahu hökumətinin müharibəni dayandırmaq istəməməsi kimi qələmə verib.
“İsrail Netanyahu höküməti sülhə nail olmaq niyyətində olmadığını bir daha nümayiş etdirir. Beynəlxalq ictimaiyyət İsraili dayandırmaq üçün tədbirlər görməsə, region daha böyük münaqişələrlə üzləşəcək”,- nazirlik əlavə edib.
Xatırladaq ki, Həmas Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənə sui-qəsd yerli vaxtla gecə saat 02:00-da idarə olunan raketdən istifadə edilməklə həyata keçirilib. Nəticədə HƏMAS rəhbəri və onun mühafizəçisi həlak olub.
Bizim.Media