Qəzza zolağında Hepatit A xəstələrinin sayı, 40 min nəfərə çatıb.
Bizim.Media xəbər verir ki, bu barədə BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Yaxın Şərq Agentliyi (UNRWA) məlumat yayıb.
Məlumata görə, Fələstin-İsrail münaqişəsinin kəskinləşməsinə qədər isə bölgədə cəmi 85 yoluxma halı var idi.
Qeyd edilib ki, hər həftə Qəzzada 800-dən 1000-ə qədər yeni yoluxma halları qeydə alınır.
Xüsusilə Hepatit A UNRWA tərəfindən Qəzza sakinləri üçün təşkil edilmiş sığınacaqlarda yayılmağa davam edir.
Xəstəliyin yayılmasına səbəb sığınacaqlarda yer, təmiz su və gigiyena vasitələrinin çatışmazlığıdır.
Bizim.Media