“Qərb liderləri və beynəlxalq təhlükəsizliyi təmin etmək vəzifəsi daşıyan təşkilatlar 300 günə yaxındır ki, Qəzzada törədilən vəhşilikləri uzaqdan izləyirlər. İsrailin təcavüzkar siyasətinin bütün regionu təhdid etdiyini aydınlaşdırmaq üçün daha neçə minlərlə uşaq ölməlidir?”
Bizim.Media xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AK Parti) rayon rəhbərləri ilə görüşündə çıxış edərkən deyib.
“Qanunlara məhəl qoymayan İsrail dövləti bu gün təkcə Fələstin və Livan üçün deyil, bütün bəşəriyyət üçün təhlükə yaradır. İsrail regionda öz təhlükəsizliyini təcavüz, qırğınlar və yad torpaqları zəbt etməklə təmin etməyə çalışan yeganə ölkədir”, - deyə Türkiyə lideri bildirib.
Ərdoğan dünya ictimaiyyətini İsrailin Qəzzada törətdiyi “soyqırım, qəddarlıq və vəhşiliyi” çox gec olmadan, dərhal dayandırmaq üçün birlikdə işləməyə çağırıb.
O həmçinin qeyd edib ki, Türkiyə Egey və Aralıq dənizlərindəki maraqlarını qorumaqdan bir addım da geri çəkilməyəcək.
Bizim.Media