Şahzadə Diananın məktubları hərraca çıxarılacaq

Şahzadə Diananın məktubları hərraca çıxarılacaq

Hazırda oxunan: Şahzadə Diananın məktubları hərraca çıxarılacaq

204251

Şahzadə Diananın keçmiş xadiməsi Violet Kollisona ünvanladığı əlyazma məktubları və açıqcalardan bir neçəsi “Sworder's” auksionunda hərraca çıxarılacaq.

Bizim.Media Azərtac-a istinadən xəbər verir ki, məktubların qiyməti 200 funt-sterlinqdən 1200 funt-sterlinqə (257 dollardan 1543 dollara) qədər dəyişir.

Xatırladaq ki, Diananın “Kolli” ləqəbi ilə çağırdığı Kollison şahzadənin anasının Sandrinhem malikanəsindəki “Park House”dakı ailə evində baş xadimə vəzifəsində çalışırdı. 

Hərrac kolleksiyasına Kollisonun Diananın 1981-ci ildə Kral III Çarlzla toyuna dəvət kartı və şahzadənin 1981-1994-cü illər arasında göndərdiyi Milad təbrikləri daxildir. Diana ilə Çarlzın 1981-ci ildə toy portretini əks etdirən bayram kartında “Milad və Yeni il münasibətilə ən xoş arzular” sözləri var. Şahzadə bu qeydi belə imzalayıb: "Dianadan sevgi ilə”.

1996-cı ildə Çarlzdan boşandıqdan sonra Diananın Milad kartlarında yalnız oğulları şahzadə Uilyam və şahzadə Harri ilə çəkdirdiyi fotoşəkillər var idi. Sonuncu bayram təbrikində yazılıb: “Sizin Milad bayramınız və Yeni iliniz mübarək olsun. 1994” – “Dianadan sevgilərlə”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO