Latın Amerikada doqquz ölkə Venesueladakı seçkilərə yenidən baxmağa çağırır - FOTO

Latın Amerikada doqquz ölkə Venesueladakı seçkilərə yenidən baxmağa çağırır - FOTO

Hazırda oxunan: Latın Amerikada doqquz ölkə Venesueladakı seçkilərə yenidən baxmağa çağırır - FOTO

204228

Venesuelada keçirilən prezident seçkilərinin nəticələri Latın Amerikasının doqquz ölkəsində etirazlara səbəb olub. 

Bizim.Media xəbər verir ki, bu barədə Qvatemala hökumətinin yaydığı birgə bəyanatda qeyd edilib. 

Bildirilib ki, səsvermənin nəticələrinin şübhə doğurmaması üçün səslərin şəffaf hesablanmasını təmin etmək lazımdır. Bu səbəbdən bu ştatların hakimiyyət orqanları Amerika Dövlətləri Təşkilatı Şurasının təcili iclasının keçirilməsini tələb ediblər. 

“Argentina, Qvatemala, Kosta-Rika, Panama, Paraqvay, Peru, Dominikan Respublikası, Uruqvay və Ekvador hökumətləri Venesuela Bolivar Respublikasında keçirilən prezident seçkilərinin gedişindən dərin narahatlığını bildirir və müstəqil seçki müşahidəçilərinin iştirakı ilə onların nəticələrinin tam nəzərdən keçirilməsini tələb edirlər”, - məlumatda vurğulanıb. 

Xatırladaq ki, Venesuelada prezident seçkiləri iyulun 28-də keçirilib. Protokolların 80%-nin işlənməsinin nəticələrinə əsasən, Nikolas Maduro 51,2% səslə seçkilərdə qalib gəlib. 

Qeyd edək ki, bu gün Venesuelada etirazlar başlayıb, polislə iğtişaşçılar arasında toqquşma baş verib. Hadisə nəticəsində azı 15 nəfər saxlanılıb. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO