İsrail Livana zərbə endirdi: Ölənlər var

İsrail Livana zərbə endirdi: Ölənlər var

Hazırda oxunan: İsrail Livana zərbə endirdi: Ölənlər var

204058

İsrailə məxsus pilotuz uçuş aparatı (PUA) Livanın cənubundakı Şaqra şəhəri yaxınlığına zərbələr endirib. 

Bizim.Media "Times of İsrael"ə istinadən xəbər verir ki, bu barədə Livanın xilasetmə xidməti məlumat yayıb. 

Bildirilib ki, zərbələr nəticəsində iki nəfər ölüb, üç nəfər yaralanıb. Yaralananlardan birinin uşaq olduğu deyilib. 

Qeyd edək ki, bu, şənbə günü "Hizbullah"ın Colan təpələrində 12 uşağın ölümünə səbəb olan raket hücumundan sonra İsrailin Livana ilk ölümcül zərbəsidir. İsrail daha öncə bu barədə xəbərdarlıq etmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO