Argentina Prezidenti Xavyer Miley Venesuelada keçirilən prezident seçkisində qalib gələn Nikolas Maduronun qələbəsini tanımadığını bəyan edib.
Bizim.Media xəbər verir ki, Xavyer Miley bu barədə özünün "X" hesabında yazıb.
Cənubi Amerikada yerləşən digər ölkə Çili də Venesuelada keçirilən prezident seçkisinin nəticəsini şübhə altına alıb.
Bununla əlaqədar Çili Xarici İşlər Nazirliyi bəyanat dərc edib.
Bəyanatda qeyd olunub ki, Çili yalnız beynəlxalq müşahidəçilərin yekun rəyindən sonra Venesuelada keçirilən seçkinin qalibini təbrik edəcək.
Məlumat üçün əlavə edək ki, iyulun 28-də Venesuelada prezident seçkisi keçirilib. Nikolas Maduro 51.2 faiz səslə üçüncü dəfə Venesuelanın prezidenti seçilib.
Bizim.Media