Sürücülük vəsiqəsi olmayan Mbappeyə lüks maşın hədiyyə edildi

Sürücülük vəsiqəsi olmayan Mbappeyə lüks maşın hədiyyə edildi

Hazırda oxunan: Sürücülük vəsiqəsi olmayan Mbappeyə lüks maşın hədiyyə edildi

203973

“Real Madrid”in sponsoru olan BMW şirkəti klubun yeni transferi Kilian Mbappeyə “i7 M70 xDrive” elektrik avtomobili hədiyyə edib.

 Bizim.Media xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb.

Məlumata görə, avtomobilin qiyməti 170 min dollardır və “kral klubu”nun prezidenti Florentino Peres də bu model avtomobilin sahibidir.

Lakin 25 yaşlı futbolçunun sürücülük vəsiqəsi olmadığı üçün o, sərnişin oturacağında əyləşməli olacaq. 

Qeyd edək ki, iyulun 2-də Mbappenin “Real”a keçidi açıqlanıb. İyulun 16-da isə “Santyaqo Bernabeu” stadionunda forvard üçün təntənəli təqdimat mərasimi keçirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO