İsrail Livana "son şans" verdi

İsrail Livana "son şans" verdi

Hazırda oxunan: İsrail Livana "son şans" verdi

203958

On iki israillinin ölümünə səbəb olan Qolan təpələrinə hücumla əlaqədar olaraq, İsrail Xarici İşlər Nazirliyi Livana genişmiqyaslı müharibənin qarşısını almaq üçün "son şans" verib.

Bizim.Media xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Oren Marmorşteyn "X"dəki səhifəsində yazıb.

Onun sözlərinə görə, müharibəyə yol verməmək üçün "Hizbullah" Litani çayının cənubundakı qüvvələrini ərazidən çıxarmalıdır.

"Livan üçün dağıdıcı olacaq genişmiqyaslı müharibənin qarşısını almağın yeganə yolu "Hizbullah"ı BMT Təhlükəsizlik Şurasının 1701-ci fərmanını həyata keçirməyə məcbur etməkdir", - Marmorşteyn qeyd edib. O vurğulayıb ki, "biz bunu diplomatik yolla etmək üçün indi son dəqiqələri yaşayırıq".

Xatırladaq ki, BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsi Litani çayının cənubundakı ərazinin BMT sülhməramlıları və nizami Livan ordusunun bölmələri istisna olmaqla, bütün silahlı qüvvələrdən təmizlənməsini nəzərdə tutur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO