İran prezidenti Məsud Pezeşkian Məhəmməd Rza Arefin birinci vitse-prezident təyin edilməsi haqqında fərman imzalayıb.
Bizim.Media xəbər verir ki, bu barədə İslam Respublikasının dövlət başçısının aparatının saytında məlumat verilib.
Bu, İranın ali dini lideri Ayətullah Əli Xamneyinin müvafiq fərmanı imzalamasından sonra Pezeşkianın rəsmi olaraq prezident vəzifəsinə başlamasından bəri ilk təyinatdır.
Məhəmməd Rza Aref İran siyasətinin islahatçı qanadına aiddir və islahatçı prezident Məhəmməd Hatəminin dövründə 2001-2005-ci illərdə İranın birinci vitse-prezidenti vəzifəsində çalışıb.
Hazırda 72 yaşlı Aref Siyasi Məqsədliliyi Müəyyənetmə Şurasının tərkibindədir (parlamentlə parlamentdən yuxarı Konstitusiya Keşikçiləri Şurası arasında mübahisələri həll edir).
Bizim.Media