Holan yüksəkliklərində mülki şəxslərin ölümünə BMT-dən REAKSİYA

Holan yüksəkliklərində mülki şəxslərin ölümünə BMT-dən REAKSİYA

Hazırda oxunan: Holan yüksəkliklərində mülki şəxslərin ölümünə BMT-dən REAKSİYA

203912

=BMT-nin xüsusi koordinatoru Janin Hennis-Plasshert və beynəlxalq təşkilatın Livandakı müvəqqəti Qüvvələrinin komandanı, ispan general Aroldo Lasaro birgə bəyanatda Holan yüksəkliklərində yerləşən Majdal-Şəms qəsəbəsinə raket düşməsi nəticəsində mülki şəxslərin ölümünü pisləyib.

Bizim.Media xarici KİV-lərə istinadən xəbər verir ki, beynəlxalq təşkilatın nümayəndələri vəziyyətin daha da gərginləşməməsi üçün bütün tərəfləri maksimum təmkinli olmağa çağırıblar.

“Biz Majdal-Şəmsdə mülki şəxslərin, o cümlədən uşaq və yeniyetmələrin ölümünü pisləyirik. Mülki şəxslər daim qorunmalıdır”, - məlumatda deyilir. “Biz tərəfləri maksimum təmkinlilik göstərməyə və davamlı intensiv zərbə mübadiləsinə son qoymağa çağırırıq. Bu, bütün bölgəni ağlasığmaz fəlakətə qərq edəcək daha böyük bir münaqişə alovunu alovlandıra bilər", - müraciətdə əlavə edilib.

Qeyd edək ki, Holan yüksəkliklərində Məcdəl Şəms qəsəbəsinə raket hücumu nəticəsində ölənlərin sayı 12 nəfərə çatıb. Onların arasında uşaqlar və yeniyetmələr də var.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO