İtaliyalı siyasətçilər “Paris-2024”ün açılış mərasimini tənqid etdilər - FOTO

İtaliyalı siyasətçilər “Paris-2024”ün açılış mərasimini tənqid etdilər - FOTO

Hazırda oxunan: İtaliyalı siyasətçilər “Paris-2024”ün açılış mərasimini tənqid etdilər - FOTO

203894

İtaliyalı siyasətçilər və parlamentarilər “Paris-2024” Yay Olimpiya Oyunlarının rəsmi açılış mərasimini tənqid ediblər.

Bizim.Media xəbər verir ki, İtaliya Baş nazirin müavini, nəqliyyat və infrastruktur naziri Matteo Salvini “X” sosial şəbəkəsindəki hesabında Paris Olimpiadasının açılış mərasimi ilə bağlı bunları yazıb: “Dünyadakı milyardlarla xristianı təhqir edərək Olimpiadanı açmaq həqiqətən pis başlanğıc idi, əziz fransızlar”.

Baş nazirin müavini bu iradı “Paris-2024”ün açılış mərasimində bir hissə ilə bağlı olub. O, bu hissəni Leonardo da Vinçinin “Sonuncu şam yeməyi” freskasında təsvir olunan süjet ilə oxşarlığını qınayıb.

“İtaliya qardaşları” partiyasının üzvü Tommaso Foti “Facebook” sosial şəbəkəsindəki hesabında bunları yazıb: “Olimpiadanın açılışı Parisdə qürubu gözəlləşdirməkdən daha çox, kitç şəkillər və qəbuledilməz çıxışlar fonunda Qərbin qürubunu təqdim etdi. İdmançıların əvəzinə tədbirin mərkəzinə küfr məzmunlu kadrlara nə ehtiyac var idi, məlum deyil. Bilinən odur ki, biz Olimpiadanın bu qədər cəlbedici və həyəcanlı olmayan, küfr dolu vodevilə çevrilmiş açılışını təbii ki, xatırlamırıq”.

Həmin partiyadan olan Nikola Prokaççini isə açılış mərasimi ilə bağlı kinayəli paylaşım edib: “Gey-parad mərasimini çox bəyəndim. Olimpiadanın nə vaxt keçiriləcəyini bilirsiniz?”.

“İtaliya qardaşları” partiyasının üzvlərindən Alfredo Antoniozzi deyib ki, Makronun Fransası Olimpiadanın açılışında ən pisini göstərə bildi: əvvəlcə “Sonuncu şam yeməyi” dreq-kvin kimi təqdim edilməklə dünyadakı milyardlarla xristianı ələ salındı, sonra isə dövlət başçıları yağışda islandılar.

Partiyanın digər üzvü Lusio Malan sosial media hesabındakı paylaşımda bunu yazıb: “Paris-2024”: Fransa və Avropanı utandıran mərasim”.

“Liqa” partiyasının deputatı Simonetta Matone paylaşımında Paris Olimpiadasında açılış mərasimində yığma komandaların keçidinin ilk olaraq qaçqınlar komandası ilə başlamasını tənqid edərək bunları yazıb: “Qaçqın komandası ilə Olimpiya Oyunlarının açılış mərasimini açan fransızlara “alqışlar”. Əminik ki, onlar İtaliyadan Fransaya getmək istədikləri zaman sərhəddə artıq rədd edilməyəcəklər”.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO