"Ən yaxşısı məşəli gənc nəslə ötürmək idi, mən də buna qərar verdim. Bu, ölkəni birləşdirməyin ən yaxşı yoludur".
Bizim.Media xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Cozef Bayden ölkə əhalisinə müraciətində deyib.
O, prezident kimi səlahiyyət müddətinin bitməsinə bir neçə ay qalmış diqqətini iqtisadiyyat və insan hüquqlarının müdafiəsi ilə bağlı məsələlərə yönəltmək niyyətində olduğuna diqqət çəkib.
Bayden ilk növbədə həmvətənlərini prezident seçkilərində ABŞ-ın vitse-prezidenti Kamala Harrisi dəstəkləməyə çağırıb:
"Mən öz seçimimi etdim, indi seçim sizindir - Amerika xalqı".
O, Harrisi təcrübəli, güclü və bacarıqlı siyasətçi adlandırıb.
ABŞ Prezidenti çıxışında İsrailin Qəzza zolağındakı əməliyyatını yekunlaşdırmaq niyyətində olduğunu bildirib:
"Mən Qəzzada müharibəni dayandırmaq, bütün girovları evinə qaytarmaq, Yaxın Şərqə sülh və əmin-amanlıq gətirmək üçün işləməyə davam edəcəyəm".
Amerika lideri həmvətənlərinə müraciətdə Ukraynaya dəstək olan dövlətlərin koalisiyasının qorunub saxlanacağına ümidvar olduğunu deyib.
“Biz NATO-nu gücləndirməkdə davam edəcəyik və mən onu tariximizin bütün dövrlərindən daha güclü edəcəyəm”, - prezident qeyd edib.
- A-
- A
- A+
Dünya
08:47 / 25.07.2024
Baydendən xalqa MÜRACİƏT – “Kamala Harrisə səs verin” – VİDEO
Hazırda oxunan: Baydendən xalqa MÜRACİƏT – “Kamala Harrisə səs verin” – VİDEO
Hazırda oxunan: Baydendən xalqa MÜRACİƏT – “Kamala Harrisə səs verin” – VİDEO
203491
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.