Moskvada “Toyota Land Cruiser” partladıldı: Xəsarət alanlar var – FOTO/VİDEO

Moskvada “Toyota Land Cruiser” partladıldı: Xəsarət alanlar var – FOTO/VİDEO

Hazırda oxunan: Moskvada “Toyota Land Cruiser” partladıldı: Xəsarət alanlar var – FOTO/VİDEO

203342

Rusiyanın paytaxtı Moskvada “Toyota Land Cruiser” markalı avtomobil partlayıb.

Bizim.Media Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə səhər saatlarında Moskvanın şimalında Sinyavinskaya küçəsindəki evlərin birinin həyətində baş verib.

Partlayış zamanı avtomobildə bir qadın və bir kişi olub. Onlar ağır xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.
Məlumata görə, ümumilikdə beş avtomobilə ziyan dəyib. Partlayış nəticəsində ərazidə yerləşən çoxmərtəbəli yaşayış binasının birinci və dördüncü mərtəbələrində də şüşələr sınıb.

Ehtimal olunur ki, avtomobilə partlayıcı qurğu qoyulub.

 





















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO