Korrupsiyada təqsirli bilinən Nyu-Cersi ştatından olan ABŞ senatoru Robert Menendes istefa verir.
Bizim.Media xəbər verir ki, bu barədə “New Jersey Globe” portalı mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, senator istefa ərizəsini iyulun 23-də konqresə təqdim edib.
Menendes daha əvvəl ABŞ Konqresindəki 30 illik karyerasını bitirmək niyyətində olduğuna dair xəbərləri təkzib etmişdi.
Qeyd edək ki, Senatın Xarici Əlaqələr Komitəsinə rəhbərlik etmiş qatı ermənipərəst Robert (Bob) Menendes uzun illər ABŞ-dəki erməni lobbisinin əsas simalarından biri olub. Ötən ay isə ABŞ məhkəməsi Menendesin barəsində korrupsiya ittihamı ilə 20 il həbs cəzası qərarı çıxarıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
08:43 / 24.07.2024
Ermənipərəst senator Menendes İSTEFA VERİR - FOTO
Hazırda oxunan: Ermənipərəst senator Menendes İSTEFA VERİR - FOTO
Hazırda oxunan: Ermənipərəst senator Menendes İSTEFA VERİR - FOTO
203332
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.